"Məni bütün ölkədə biabır etdilər" - Həmin pasiyent DANIŞDI + VİDEO

Əməliyyat etdirdi, çılpaq halda yanında rəqs edib paylaşdılar...

Aug 23, 2025 - 01:19
"Məni bütün ölkədə biabır etdilər" - Həmin pasiyent DANIŞDI + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, kadrlardakı həmin pasient "Xəzər Xəbər"ə danışıb. O, bildirib ki, bunu edənlər onu biabır ediblər.

Neçə gündür həkimin qeyri-peşəkar və etik olmayan bu davranışı qınaq obyektinə çevrilərkən, digər əsas bir məsələ isə ikinci plana düşüb.

Bəs, pasiyentin hər yerdə paylaşılan əməliyyatdakı çılpaq görüntüləri ilə bağlı kim cavab verəcək? Pasiyent haqlı etirazını dilə gətirib.

Baş verənləri özü də sosial şəbəkələrdən öyrənən xanım bundan sonra dərhal həmin xəstəxana ilə əlaqə yaradıb.

Lakin ona deyilib ki, hara istəyirsən şikayət et.

Daha ətraflı videomaterialı təqdim edirik.