Aktyor Halit Ergenç həbs olundu
Məşhur aktyor Halit Ergençə məhkəmə 1 il 10 ay 15 gün həbs cəzası verib.
SAVASHMEDİA.az xəbər verir ki, Ergenç menecer Ayşe Barıma qarşı aparılan istintaq çərçivəsində yalan ifadə verməkdən ittiham olunub.
Məhkəmə əvvəlcə aktyor barəsində 2 il 3 ay həbs cəzası verib, lakin Ergencin məhkəmə prosesi boyunca nəzakətli davranışını və əvvəlcədən məhkumluğunun olmamasını nəzərə alaraq qərarı 1 il 10 ay 15 günə dəyişib. Sonra isə hökmün elan edilməsi təxirə salınıb.
H. Ergenç açıqlamasında qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, Halit Ergenç hazırda “Kral kaybederse” adlı serialda baş rolu (Kenan) canlandırır. Azərbaycan izləyicisinə isə o həm də “Muhteşem yüzyıl” serialından tanışdır. Aktyor serialda “Sultan Süleyman” obrazına həyat verib.
Banu