Aktyor və arvadı evlərində ölü tapıldılar - FOTO
Tanınmış amerikalı aktyor Cin Hekman, həyat yoldaşı Betsi Arakava və onların iti Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində ölü tapılıb.
SAVASHMEDİA.az bu barədə “BBC News” telekanalına istinadən xəbər verir.
Məlumata görə, ölümün səbəbi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları bunun cinayət olmadığını düşünür.
Hekmanın 95, həyat yoldaşının isə 63 yaşı var idi. 60 ildən çox davam edən karyerası ərzində Hekman iki “Oskar”, iki “Bafta”, dörd “Qızıl Qlobus№ və Kinoaktyorlar Gildiyasının mükafatlarını almışdı.
Xatirə SADİQ
Tanınmış amerikalı aktyor Cin Hekman və xanımı