Ali Koç Ərdoğana müraciət etdi, AKP-yə meydan oxudu - "Kimdir o adam?"

“Fənərbağça”nın prezidenti Ali Koç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

Sep 18, 2025 - 16:10
Ali Koç Ərdoğana müraciət etdi, AKP-yə meydan oxudu - "Kimdir o adam?"

SAVASHMEDİA.az xəbər verir ki, Koç müraciətində Trabzonun bələdiyyə başçısı Ahmet Metin Gençdən şikayət edib.

“Kimdir bu, Trabzonun bələdiyyə sədri, boş-boş danışır. O, əvvəlcə öz ortağına baxsın. Məsələni yenə 3 iyula aparmağa çalışır. FETÖ məsələsinə gətirir. Biz o günlərdə meydanlarda mübarizə apardıq. Haqqımız olanı təmin etdik. 2010-11 sezonu ilə bağlı işlərinə gələndə çempion bunlar olurlar, işlərinə gəlməyəndə yox. Çempion siz idinizsə, futbolçunuz Pavel Brozeki aldığınız  “Visla” (Polşa) klubuna niyə bonus ödəmədiniz? Ödənməyən pula görə “Visla” bunları KAS-a şikayət edib, məhkəməyə verdi. Məhkəmədə vəkilləri müdafiələrini “çempion olmamışıq” deyərək etdilər. İndi bu adamlar bizi ittiham edirlər.

Bizim həmsöhbətimiz AKP ola bilər. Prezident Ərdoğana çağırış edirəm. Partiyanızın özü bu adamla bağlı tədbir görməlidir. Yox əgər ucuz qəhrəmanlıq dalınca qaçıb, 25 milyon tərəfdarı olan bir cameəni qarşısına alacaqsa, o da partiyanın biləcəyi bir şeydir” – Koç bildirib.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf partiyasının (AKP) Trabzondan seçilmiş bələdiyyə başçısı Ahmet Metin Genç “Trabzonspor”un “Fənərbağça”ya 0:1 hesabı ilə məğlub olduğu matçla bağlı sosial media hesabında paylaşım edib. O paylaşımda matçın satıldığını iddia edib: 

“Matçların satılması (şike) hələ də davam edir. Təmiz qolumuz ləğv edildi, qırmızı kart gördük. Neçə nəfərlə mübarziə apardığımızı bilmirik. Ayıb olsun. Hər zaman, hər yerdə ən böyük Trabzonspordur”.

Banu