Rus kəşfiyyatına işləməkdə şübhəli bilinən 3 nəfər saxlanıldı
İngiltərənin cənub-şərqindəki Esseks qraflığında üç nəfər – iki kişi və bir qadın Rusiya kəşfiyyatına kömək etməkdə şübhəli bilinərək həbs edilib.
SAVASHMEDİA.az bu barədə sky news portalına istinadən xəbər verir.
Paytaxt polisinin məlumatına görə, 41 yaşlı kişi və 35 yaşlı qadın Qreysdəki eyni ünvanda, 46 yaşlı kişi isə başqa ünvanda həbs edilib. Şübhəli qismində saxlanılanlar London polis bölməsinə aparılıb və milli təhlükəsizlik haqqında qanuna uyğun olaraq saxlanılıblar. Polis əməkdaşları onların ünvanlarında axtarış aparıblar və araşdırmalar davam edərkən hər üç şəxs şərti girov müqabilində sərbəst buraxılıb.
Terrorla Mübarizə Departamentinin rəhbəri Dominik Mörfi bildirib ki, polis getdikcə “xarici kəşfiyyat xidmətləri tərəfindən cəlb olunan etibarlı şəxslər” adlandırılan daha çox insanla qarşılaşmağa başlayıb.
Komandir Mörfi buna misal olaraq iki britaniyalının işini xatırladıb. Həmin şəxslər hazırda məhkəmə hökmünü gözləyirlər. Onlar keçən il Londonun şərqində Ukrayna ilə əlaqəli anbarı yandırmaq üçün Rusiyanın “Vaqner Qrupu” tərəfindən cəlb casusluğa olunmuşdular.
“Onları potensial olaraq uzunmüddətli həbs cəzası gözləyir. Hərçənd, əgər doğrusunu desək, bugünkü həbslərin bu istintaqla heç bir əlaqəsi yoxdur”, - deyə o, vurğulayıb.
Komandir əhalini ayıq-sayıq olmağa çağırıb: “Burada, Böyük Britaniyada xarici dövlətin adından cinayət fəaliyyətinə cəlb edilə biləcək istənilən şəxs yaxşı düşünməlidir”.
Xatirə SADİQ