Alim Qasımov nəvəsinin toyundan danışdı - "Qadınlara araq vermədik"

Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toyunun görüntüləri müzakirələrə səbəb olub.

Jan 19, 2026 - 13:53
Jan 19, 2026 - 15:00
Alim Qasımov nəvəsinin toyundan danışdı - "Qadınlara araq vermədik"

SAVASHMEDİA.az pravda. az-a istinadla xəbər verir ki, toyun əvvəlində hicablı bir xanım kişilərin önündə "Fatihə" surəsini oxuyub. Halbuki, qadın Quran oxuyarkən səsini yad kişilər eşitməməlidir.

Xalq artisti Alim Qasımov açıqlamasında bu fikirləri qəbul etməyib.

O bildirib ki, nəvəsinin toyu dini olmayıb: "Bütün məclislərdə, mərasim zallarında qadınlar mərsiyə deyir, Quran oxuyur, bütün kişilər eşidir. Qadınlara araq vermədik, içib sərxoş olalar… Bir yerdə ki Allah kəlamı gəlir... Dini toy deyildi, camaat oynayırdı. Qadınlar idi, özləri üçün mübarək bir toy etdilər".