Ümid Partiyasının ofisində əməliyyat - İqbal Ağazadənin kabinetində HƏBS

Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib. 

Jan 19, 2026 - 13:19
Jan 19, 2026 - 13:59
Ümid Partiyasının ofisində əməliyyat - İqbal Ağazadənin kabinetində HƏBS

SAVASHMEDİA.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib.

Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.

Lakin saytın sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib:

“Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.