Alnında bayraq, əlində silah - Polisin Qusarda zərərsizləşdirdiyi şəxslə bağlı məlumat
Qusarda məhv edilən silahlı ilə bağlı yeni faktlar məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, radikal təriqətçi olduğu bildirilən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Alxas Şıxmətov kənd ərazisində silahla dolaşaraq insanları qorxuya salırmış.
Alnında İŞİD bayrağı ilə gəzməsi isə kənd camaatını tamamilə təşvişə salıb. Sakinlərin şikayəti əsasında əməliyyat keçirən polisə qarşı Şıxmətov silahla müqavimət göstərib və vəziyyət nəzarətdən çıxmaq dərəcəsinə çatıb.
Təhlükəli radikalçı sonda polis əməkdaşlarının müdaxiləsi ilə məhv edilib.
Xatırladaq ki, törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətovu polis əməkdaşları zərərsizləşdirib.
Faktla bağlı araşdırma aparılır.