"Anadolu" agentliyinin operatoru Qəzzada belə vuruldu - ANBAAN VİDEO
Türkiyənin “Anadolu Agentliyi” əməkdaşı Qəzza zolağında aldığı güllə yarasından dünyasını dəyişib.
SAVASHMEDİA.az-ın məlumatına görə, həlak olan 25 yaşlı operator Səid Əbu Nabhan "Anadolu Agentliyi" ilə ştatdankənar əməkdaşlıq edirmiş.
Hadisənin fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin yaxınlığında baş verdiyi ehtimal olunur.
Agentliyin yaydığı kadrlardan görünür ki, operator düşərgədəki insanlarla birlikdə qaçır, amma qəfildən yerə yıxılır.
Oğuz
Həmin görüntüləri təqdim edirik: