Füzulidəki qəzada ölən hərbçilərin FOTOLARI
Xəbər verdiyimiz kimi, Füzuli rayonunda 2 hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SAVASHMEDİA.az “qafqazinfo”-ya istinadla faciəvi şəkildə həyatlarını itirən 36 yaşlı Əli Vəliyev və 26 yaşlı Mirqəşəm Talıbovun fotolarını təqdim edir:
Qeyd edək ki, qəza dünən səhər rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı maşın toqquşub. 1990-cı il təvəllüdlü Əli Vəliyev və 2000-ci il təvəllüdlü Mirqəşəm Talıbov hadisə yerində həyatlarını itirib.
Qəzada xəsarət alan 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata görə, həyatlarını itirən şəxslər hərbçi, yaralanan R.Namazəliyev isə ANAMA əməkdaşıdır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Fotoda Əli Vəliyev
Fotoda Mirqəşəm Talıbov