“Space FM”ə yeni direktor təyin edildi

“Space FM”ə yeni direktor təyin edilib.

May 19, 2026 - 12:47
“Space FM”ə yeni direktor təyin edildi

SAVASHMEDİA.az xəbər verir ki, bu vəzifəyə tanınmış radio aparıcısı Çingiz Mustafayev (“DJ Çina”) gətirilib.

O, təyinatı barədə sosial şəbəkə hesbında paylaşım edib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Space FM”in direktoru Sərxan Qədimov vəzifəsindən azad olunmuşdu.