Türkiyənin məşhur aktrisası təcili xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Ahu Yağtu təcili xəstəxanaya yerləşdirilib.

Sep 20, 2025 - 00:37
Türkiyənin məşhur aktrisası təcili xəstəxanaya yerləşdirildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, aktrisa ötən gün evində huşunu itirərək yıxılıb. 

Xəstəxanaya aparılan Yağtunu həkimlər müayinə edib və ona beyin anevrizması (beyindəki zəifləmiş qan damarının qabarıqlaşması  nəticəsində yaranan şişlik) diaqnozu qoyublar. 

Aktrisanın sosial şəbəkə hesabında yayılan məlumatda bildirilib ki, aktrisa vaxt itirmədən təcili müalicəyə başlayıb, hazırda müalicəsi davam edir və vəziyyəti normaldır.

Qeyd edək ki, Ahu Yağtu məşhur şoumen Cem Yılmazın keçmiş həyat yoldaşıdır. Yılmazla Yağtunun Kemal adlı bir övladı var. Aktrisa “Aşk ve Ceza”, “Bir Çocuk Sevdim”, “Paramparça”,  “Kadın”,   “Kardeşlerim”, “Kardelenler” seriallarında rol alıb.

Banu