Ankara Ukraynaya qoşun göndərməyə hazırdır – Türkiyə Müdafiə Nazirliyi

Türkiyə sülhün təmin olunması üşün lazım gələrsə, Ukraynaya qoşun göndərməyə hazırdır.

Mar 6, 2025 - 16:19
Ankara Ukraynaya qoşun göndərməyə hazırdır – Türkiyə Müdafiə Nazirliyi

SAVASHMEDİA.az “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə 
Türkiyənin Müdafiə Nazirliyinin bəyanatında deyilir. 

“Missiyada iştirak məsələsi... regional sabitliyin və sülhün bərqərar olması üçün zəruri hesab edilərsə, bütün maraqlı tərəflərlə birlikdə qiymətləndiriləcək. Son hadisələrdən sonra ölkəmiz olmadan Avropanın təhlükəsizliyini təmin etmək mümkün deyil. NATO və ATƏT-in üzvü kimi Türkiyə qabaqcıl müdafiə sənayesi, regional böhranların həllində mühüm rolu və güclü ordusu ilə Avropa təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsidir”, - deyə Türkiyə Müdafiə Nazirliyi vurğulayıb. 

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda keçirilən müdafiə sammitində iştirak edib. Avropa ölkələri prezidentlərinin və baş nazirlərinin qatıldığı toplantıda Hakan Fidan yeganə xarici işlər naziri olub. 

Xatirə SADİQ