Ankara və Brüssel bu koalisiyaya rəsmən qoşuldu

Türkiyə və Belçika hökumətləri rəsmən Ukrayna üçün dron koalisiyasına qoşulub. 

Jul 3, 2025 - 14:19
Ankara və Brüssel bu koalisiyaya rəsmən qoşuldu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

Beləliklə, indi koalisiyanın tərkibinə 20 dövlət daxildir. Onların arasında Latviya, Böyük Britaniya, Ukrayna, Avstraliya, Belçika, Çexiya, Danimarka, Fransa, Estoniya, İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Türkiyə, Almaniya və İsveç var.

Ümumilikdə, koalisiyaya üzv ölkələr bu il Ukraynaya dəstək üçün 2,75 milyard avro ayrılması öhdəliyini götürüb. Hələlik üzv ölkələr Böyük Britaniyanın rəhbərlik etdiyi dronlar üzrə koalisiyanın ortaq satınalma fonduna ümumilikdə təxminən 180 milyon avro köçürüb.

Xatirə SADİQ