İlon Mask elan etdi – “USAİD” ləğv edilir

Tramp administrasiyasının Hökumətin Effektivliyi Departamenti (DOGE) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvinə başlayıb.

Feb 3, 2025 - 10:52
İlon Mask elan etdi – “USAİD” ləğv edilir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə DOGE-yə rəhbərlik edən amerikalı milyarder İlon Mask “X” platformasında elan edib. 

“Biz “USAİD”in ləğvi prosesindəyik. Bu, sadəcə, qurdlu alma deyil, qurdlar boğçasıdır”, - deyə Mask vurğulayıb.

O, qeyd edib ki, bu struktur bərpa oluna bilməyəcək. 

“USAID” 1961-ci ildə digər ölkələrə humanitar yardım göstərmək məqsədilə yaradılıb. 

Yanvarın 20-də keçirilmiş andiçmə günü ABŞ prezidenti Donald Tramp “USAİD”in proqramlarını 90 gün müddətinə dondurduğunu elan etdi. 

“Reuters” bu gün xəbəbr verirdi ki, “USAID” müstəqillikdən məhrum edilə və Dövlət Departamentinin nəzarətinə verilə bilər.

Xatirə SADİQ