Arda Turan "Qalatasaray"ı sildi - FOTOFAKT
Arda Turan Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi təyin olunub.
SAVASHMEDİA.az xəbər verir ki, Arda Turanın “Şaxtyor”la müqavilə imzaladıqdan sonrakı hərəkəti birmənalı qarşılanmayıb.
Belə ki, Turan imzanı atan kimi “İnstagram” profilindən "Yalnız Qalatasaray" (Sadece Galatasaray) yazısını silib.
Xatırladaq ki, Turan Türkiyə millisinin və “Qalatasaray” klubunun futbolçusu olub. 2023-2025-ci illərdə “Eyüpspor”un baş məşqçisi kimi fəaliyyət göstərib. Futbolçu və məşqçi karyerası boyunca “İnstagram” profilində “Yalnız Qalatasaray” sözlərini saxlamışdı.
Banu