Ardıcıl 6 gün iş olmayacaq - RƏSMİ
Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda qeyri-iş günlərinin sayı artırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün həftənin bazar ertəsi - 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.