Yağış nə vaxt dayanacaq? - Rəsmi CAVAB
Hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.