Arvadı Makrona şillə vurdu - VİDEO

Fransa Prezidenti Emmanuel Makronla həyat yoldaşı Bricit Makronun Vyetnam səfərindən yayılan görüntülər qalmaqala səbəb olub.

May 26, 2025 - 12:28
Arvadı Makrona şillə vurdu - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Fransa prezidentinin Cənub-Şərqi Asiya səfərində ilk dayanacağı Vyetnam olub. 

Səfərə Makronun xanımı Bricit də qatılıb. Təyyarənin qapısı açılan anda Bricit Makronun Fransa prezidentinə şillə vurduğu görülüb. Həmin anlar kameralara düşüb. Makron bir anlıq özünü itirsə də, qarşısındakıları salamlamaqla vəziyyətdən çıxmağa çalışıb. Fransa prezidenti təyyarədən enərkən həyat yoldaşına əlini uzadıb, lakin Bricit Makron onun əlindən tutmayıb.

Yelisey sarayı əvvəlcə şillə məsələsini yalanlayıb, sonra isə bunun zarafatlaşma olduğunu qeyd edib.
Prezidentə yaxın mənbənin “Le Parisien” qəzetinə verdiyi açıqlamada isə bildirilib: “Prezidentlə xanımı səfərə başlamazdan əvvəl zarafatlaşırdılar. Bu, bir yaxınlıq anı idi, lakin rusiyapərəstlərin əlinə bəhanə verdi. Çünki ancaq onlar tənqid edir”.

Vəsilə İbrahim