"Asif Nəsirli onun cibinə yolpulu qoyub" - Xəstəsi həkiminə niyə qumbara atıb?

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar açıqlanıb.

May 2, 2026 - 22:06
May 2, 2026 - 22:26
"Asif Nəsirli onun cibinə yolpulu qoyub" - Xəstəsi həkiminə niyə qumbara atıb?

SAVASHMEDİA.az  xəbər verir ki, aparıcı Ülvira Qarayeva sosial şəbəkədə paylaşdığı videoda ağır yaralanan uşaq radioloqu Asif Nəsirli və hadisənin detalları ilə bağlı danışıb.

Aparıcının sözlərinə görə, həkimi öldürməyə cəhd edən şəxs vaxtı ilə həkimin müalicə edib sağaltdığı pasiyent olub. Həmin şəxs ağır xəstəlikdən sağaldıqdan bir neçə ay sonra geri qayıdaraq hücum edib və nəticədə özü həlak olub:

“Həkim Onkologiya Mərkəzində ölümlə pəncələşir. Onun qətlinə cəhdi isə sağaltdığı pasiyenti edib. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya aldıqdan sonra sağ-salamat evə göndərilib. Asif Nəsirli onu sağaldıb. Həmin şəxs düz bağırsaq xərçəngindən əziyyət çəkib. Asif həkim onu tamamilə sağaldıb. Hətta evinə yola salarkən onun yol pulunu da verib”.

Qarayeva bildirib ki, həkim hadisədən cəmi 3 dəqiqə sonra əməliyyata götürülüb və xəstəxana tam səfərbər olunub. Qısa zamanda 10 litr qan toplanaraq köçürülüb, lakin qəlpələrdən birinin beyin sapında qalması vəziyyəti kritik edib və müdaxilə mümkün olmayıb.

Onun sözlərinə görə, həkimin xanımı da eyni mərkəzdə çalışır və ailə bu gün ağır psixoloji durumdadır. Qarayeva həmçinin qeyd edib ki, bu hadisə bütün tibb kollektivini şoka salıb və həkimlərin təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.

Xatırladaq ki, hadisə zamanı qumbara partladan Mübariz Əliyev ölüb, bir neçə nəfər isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Oğuz