Avropa Komissiyasına etimadsızlıq səsverməsi rədd edildi
Avropa Parlamenti iyulun 10-da keçirilən iclas zamanı Avropa Komissiyasına etimadsızlıq səsverməsini dəstəkləməyib.
SAVASHMEDİA.az bu barədə “Euronews” telekanalına istinadən xəbər verir.
Rumıniyadan olan deputat George Pipereanın təşəbbüsü ilə baş tutan etimadsızlıq səsverməsi zamanı 553 üzvdən 175-i lehinə, 360-ı əleyhinə səs verib, 18-i isə bitərəf qalıb.
Etimadsızlıq səsverməsinə səbəb koronavirus pandemiyasının qızğın vaxtında Avropa İttifaqına (Aİ) peyvənd tədarükü ilə bağlı müzakirələr zamanı Avropa Komissiyasının rəhbəri ilə əczaçılıq nəhəngi “Pfizer”in baş direktoru Albert Burla arasında gizli yazışmalar olub.
Avropa İttifaqının məhkəməsi may ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin “Pfizer” əczaçılıq şirkətinin rəhbəri ilə yazışmaları əsasında xəbərlərin “The New York Times” jurnalistlərinə açıqlamaqdan imtinasını qanunsuz hesab edib.
Ursula fon der Lyayen iyulun 7-də keçirilən iclasda 2021-ci ildə koronavirus epidemiyası zamanı əczaçılıq şirkətlərinin rəhbərləri ilə yazışmalarının Aİ-nin maraqlarına zidd olması ilə bağlı ittihamları rədd edib və bu cür iradları yalan adlandırıb.
Xatirə SADIQ