Axtarışa verilən bloger Hüseyn Həsənov danışdı

Milyonçu-bloger Hüseyn Həsənov vergi borclarının olmadığını bildirib.

May 14, 2025 - 22:09
Axtarışa verilən bloger Hüseyn Həsənov danışdı

Bu barədə o, “Instagram” sosial şəbəkəsindəki səhifəsində izləyicilərinə müraciət edərkən deyib.

"Bəli, "qiyabi həbs" sərt səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Vergilərlə bağlı bütün məsələlər hələ ötən il həll edilib", - o yazıb.

Bloger vəkillərinin artıq bu məsələ ilə bağlı iş apardıqlarını sözlərinə əlavə edib.