Aygün Kazımovanın adından dələduzluq edildi

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib. 

Aug 18, 2025 - 10:57
Aygün Kazımovanın adından dələduzluq edildi

SAVASHMEDİA.az xəbər verir ki, mərc oyunları reklam edən səhifələrdən biri sənətçinin fotosunu götürərək, süni intellektlə ondan video düzəldib. 

Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.