Azərbaycan səmasında İran PUA-sı zərərsizləşdirildi - RƏSMİ 

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Mar 31, 2025 - 12:11
Azərbaycan səmasında İran PUA-sı zərərsizləşdirildi - RƏSMİ 

Bu barədə SAVASHMEDİA.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı (PUA) vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.