Azərbaycanda bu şəxslərə 6 min manat veriləcək - FƏRMAN
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.
Qeyd edək ki, qanunun tənzimlənməsi ilə bağlı dövlət başçısının imzaladığı Fərmanda dəyişikliyin sentyabrın 15-dən tətbiq edilməsi bildirilib.