Azərbaycanda general vəfat etdi - FOTO

İcra başçısı olmuş general Ərziman Əliyev vəfat edib. 

Feb 22, 2025 - 16:39
Feb 22, 2025 - 16:55
Azərbaycanda general vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə sfera.az-a Ə.Əliyevin yaxınları məlumat verib.

Qeyd edək ki, Ərziman Əliyev  2004-2007-ci illərdə Quba rayon  İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Həmin il ona general-mayoru rütbəsi verilib. 2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.