Rusiya casus şəbəkəsini ABŞ-də bərpa etmək istəyir – CNN  

“Ukrayna üzrə danışıqlar çərçivəsində Rusiya casus şəbəkəsini bərpa etmək üçün ABŞ ilə diplomatik münasibətləri yeniləməyə çalışır”. 

Feb 28, 2025 - 16:21
Rusiya casus şəbəkəsini ABŞ-də bərpa etmək istəyir – CNN  

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə narahatlıqla bağlı bir sıra hazırkı və keçmiş ABŞ rəsmi şəxsləri CNN telekanalına danışıblar. 

Telekanalın həmsöhbətləri hesab edirlər ki, Donald Trampın inauqurasiyasından sonra ABŞ və Rusiya arasında intensivləşən təmaslar Moskvaya güzəşt deməkdir. Onların fikrincə, Kreml növbəti dəfə öz kəşfiyyatçılarını Vaşinqton, Nyu-York və Hyustondakı səfirlik və konsulluqlarda diplomatik pərdə altında yerləşdirməyə çalışır.

CNN mənbələri əlavə ediblər ki, ABŞ-yə səfər edən rus diplomatların əksəriyyəti gizli kəşfiyyat tapşırıqlarını yerinə yetirirlər, monitorinq və müşahidə üçün əlavə resurslara ehtiyac duyurlar. 

Onların sözlərinə görə, ABŞ kəşfiyyatın və FTB-nin əməkdaşları çoxdan hesab edirdilər ki, Rusiyanın ABŞ-dakı diplomatik mövcudluğunun miqyası məhdudlaşdırılmalıdır.

İki amerikalı məmuru bildirib ki, Rusiya tərəfi Ər-Riyad və İstanbuldan sonra ölkənin ABŞ-dəki mövcudluğunun bərpasında “əhəmiyyətli irəliləyiş” əldə olunana qədər növbəti yüksək səviyyəli ikitərəfli görüşün keçirilməsini dayandırır.

CNN xatırladıb ki, 2016-cı ildən bəri ABŞ casusluqda şübhəli bilinən 100-dən çox rusiyalı diplomatı ölkədən çıxarıb. 2024-cü ilin oktyabrında isə Rusiya səfiri Anatoli Antonov da ABŞ-ni tərk edib.

Xatirə SADİQ