Azərbaycanda havalar yenidən isinəcək - BU TARİXDƏ

3-9 oktyabr tarixləri arasında Azərbaycan ərazisində havanın temperaturu tədricən yüksələcək.

Oct 2, 2025 - 23:35
Azərbaycanda havalar yenidən isinəcək - BU TARİXDƏ

SAVASHMEDİA.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat beynəlxalq hidrometeoroloji mərkəzlərin proqnozunda yer alıb.

Bildirilib ki, havanın soyumasına səbəb olan Qara dəniz siklonu regionu tərk edir və sabahdan başlayaraq temperatur 8 dərəcəyə qədər yüksələcək.

Hətta oktyabr ayının isti və quru keçəcəyi də qeyd olunub.