Bayram namazının qılınacağı gün və saat – Açıqlandı

Ramazan bayramı namazı mart ayının 30-da qılınacaq.

Mar 17, 2025 - 13:19
Bayram namazının qılınacağı gün və saat – Açıqlandı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

O qeyd edib ki, adət üzrə namaz hər il eyni vaxtlarda olur.

"Bayram namazı bəzi məscidlərdə 08:00, 09:00-da qılına bilər. Hələlik fərq yoxdur. Qafqaz Müsəlmanları İdarəsi əmr yox, tövsiyə verir", -  F.Nurullayev qeyd edib.