Birinci kurs tələbələrini təhdid edən OĞLAN KÖMƏK İSTƏDİ - "Sırğa taxdığıma görə..." + VİDEO
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələrini təhdid etdiyi üçün universitetdən qovulan Kənan Zindadil sosial şəbəkədə paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, universitetdən kənarlaşdırılma əmrinin ədalətli olmadığını, həmin təhsil ocağına yenidən bərpa olunmaq istədiyini bildirib.
Kənan qeyd edib ki, özü də universitetdə dəfələrlə təzyiqə məruz qalıb:
“Mən o universitetdə təzyiqlərə, təhdidlərə məruz qalırdım, hər kəs də bunu bilirdi. Sırğa taxdığıma görə mənə təzyiqlər edilirdi. Xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın. Heç bir kəsrim və töhmətim olmayıb. Canlı yayımda bir nəfərin sualına cavab verdiyim üçün universitetdən kənarlaşdırılmağım necə doğru qərar ola bilər?”
Oğuz