Azərbaycanda icra başçısı xoruz döyüşdürdü - FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı bu dəfə bacısı oğlu ilə xoruz döyüşdürərkən görüntülənib.

Mar 27, 2025 - 17:51
Azərbaycanda icra başçısı xoruz döyüşdürdü - FOTO

Məlumata görə, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2025-ci il tarixdə rayon stadionunda baş tutan şənlikdə icra başçısı Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev də iştirak edib.

Fotoda Əziz Əzizov

Bayram tədbirində Əziz Əzizov səhnələrə, çoxsaylı bayram süfrələrinin ətrafında qədim el-elat görüntülərinə baxış keçirib. Ən çox diqqət çəkən məqam isə icra başçısının bacısı oğlu ilə yan-yana xoruz döyüşünü izləmələri olub.

Əziz Əzizov və vəzifə verdiyi bacısı oğlu Murad Ağayev

Qeyd edək ki, bundan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi ilə bağlı məlumat yayımışdıq. Bütün tədbirlərdə ön sırada olan Murad Ağayevə icra başçısı tərəfindən vəzifə verilməsi xəbəri İcra Hakimiyyəti tərəfindən təkzib edilmişdi. Yayılan son görüntülər Murad Ağayevin vəzifəyə təyin edilməsini bir daha təsdiq edir. (qaynarinfo)