Azərbaycanda məşhur idmançıya yüksək vəzifə verildi - FOTO

Məşhur idmançıya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

Aug 7, 2025 - 22:15
Azərbaycanda məşhur idmançıya yüksək vəzifə verildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, pauerliftinq üzrə dünya və Avropa çempionu olmuş Rövşən Məqsəd oğlu Xəlilov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin döyüş və xüsusi hazırlıq idarəsinin fiziki hazırlıq şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, pauerliftinq üzrə altıqat dünya və üçqat Avropa çempionu olmuş R.Xəlilov Azərbaycan Respublikasının fəxri idman ustasıdır. (oxu.az)

Fotoda: Rövşən Xəlilov