Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

Mar 12, 2025 - 12:16
Mar 12, 2025 - 12:17
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktor müavini Fərid İbrahimov məlumat verib.

O bildirib ki, T.Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O bu gün səhər beyninə qan sızandan sonra vəfat edib.

Qeyd edək ki, Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub.

Fotoda: Tamilla Şirəliyeva