Azərbaycanlı vəkil istintaqla əməkdaşlıqdan imtina etdi – Rusiyada
Rusiyada həbs olunmuş azərbaycanlı keçmiş vəkil Elman Paşayev istintaqla əməkdaşlıqdan imtina edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Xüsusilə külli miqdarda dələduzluqda (Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) ittiham olunan Elman Paşayevin işi üzrə 3 şahidin dindirildiyini bildirilib.
Söhbət hüquqşünasın döyüş bölgəsindən çağırılan keçmiş həmkarlarından gedir.
Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb, ertəsi gün onun barəsində həbs-qətiimkan tədbiri seçilib. İstintaqın iddiasına görə, vəkil bloger Yuliya Blinovskayanın əri Aleksey Blinovskini vergidən yayınma işi üzrə ər-arvadları cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. “Baza” teleqram kanalı Blinovski bunun üçün ona 18,5 milyon rubl və 300 min dollar verib.
Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, Paşayev karyerası ərzində, o cümlədən aktyor Mixail Yefremovun işində iştirak etdikdən sonra 6 dəfə vəkillik statusundan məhrum edilib. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra o, Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq döyüş bölgəsinə gedib. Blinovski də belə hərəkət edib.
Bloger Yuliya Blinovskaya 2023-cü ilin aprelində Rusiya-Belarus sərhədini keçmək istəyərkən saxlanılıb. İstintaqın versiyasına görə, o, ildə 150 milyon rubl gəlir limitini nəzərdə tutan sadələşdirilmiş sxemə görə vergiləri ödəmək üçün biznesini bir neçə hissəyə bölüb. O, ev dustaqlığının şərtlərini pozduğu üçün 2024-cü ilin yanvarında həbs edilib. Blinovskaya çirkli pulların yuyulmasında yox, vergidən yayınmada təqsirli bilinib. Oktyabrın əvvəlində onun vəkili bloqqerin 320 milyon rubldan çox şəxsi gəlir vergisi borcunu ödədiyini bildirib.
Xatirə SADİQ