AzTV yenə hədəfə gəldi - Bu paylaşıma görə + FOTO
AzTV öz yaranma tarixini də bilmir.
Bunu aztv.az saytında bu gün yayılmış qısa məlumatdan da görmək olar.
Əks halda “Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur” başlığı ilə məlumat yaymazdılar.
Hətta məlumatda iddia edilib ki, Azərbaycan Televiziyası 1956-cı il noyabrın 6-da yaranıb.
Həmin hissəni olduğu kimi təqdim edirik:
“1956-cı il noyabrın 6-da isə Bakıda Azərbaycan Televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan Teviziyasının yaranma tarixi sayılır”.
Əvvəla, Azərbaycan Televiziyasının 69 yaşı fevralın 14-də tamam olub. Odur ki, onun noyabrın 6-da yarandığını iddia etmək tarixin saxtalaşdırılması deməkdir.
İkincisi, Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxıb. O zaman “Bakı televiziya studiyası” adlanıb.
Noyabrın 6-da isə düz 99 il əvvəl Azərbaycan Radiosu efirə çıxıb.
Xatirə SADİQ
(nocomment.az)