Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq 

Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Sep 17, 2025 - 18:34
Sabah Bakının bu qəsəbəsində qaz olmayacaq 

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində qaz tənzimləyici şkafın quraşdırılması və yeni çəkilən xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Zabrat qəsəbəsi, Oktyabr, Yeni Məhəllə, Tramvaynıy və Axundov küçələrinin qaz təchizatında fasilə yaranacaq.