DİM: 9 nəfər imtahandan xaric olunub

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

May 24, 2026 - 13:57
DİM: 9 nəfər imtahandan xaric olunub

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Baş verən qayda pozuntuları ilə bağlı araşdırma aparılacaq.