Bağlanan özəl universitetin binası BDU-ya verildi
Bakı Dövlət Universitetinin 1 saylı tədris korpusunda təmir-bərpa işləri aparıldığından bir neçə müddətdir Hüquq və Filologiya fakültələrində dərslərin təşkili BDU-nun digər tədris binasında aparılırdı.
SAVASHMEDİA.az xəbər verir ki, həmin fakültələr artıq keçmiş Asiya Universitetinin binasına köçürülüb.
Məlumatı BDU-dan təsdiqləyiblər.
Həmçinin vaxtilə Asiya Universitetinin yerləşdiyi binanın üzərinə "Bakı Dövlət Universiteti, C korpusu" sözləri yazılıb.
Məlumata görə, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 116 ünvanında yerləşən bina Hüquq və Filologiya fakültələri əvvəlki binaya qaytarıldıqdan sonra da BDU-nun korpusu kimi fəaliyyət göstərəcək.
Aytən