Fərəh Pəhləvi oğlunun İran planlarından DANIŞDI - "O hazırlaşır..."

“Rza Pəhləvi qanunun aliliyinə əsaslanan bir dövlət qurmağa hazırlaşır”.

Mar 3, 2026 - 21:17
Mar 3, 2026 - 21:19
Fərəh Pəhləvi oğlunun İran planlarından DANIŞDI - "O hazırlaşır..."

SAVASHMEDİA.az xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin xanımı, vəliəhd Rza Pəhləvinin anası Fərəh Pəhləvi İsrail mediasına müsahibəsində bildirib.

Fərəh Pəhləvi qeyd edib ki, İranın Ali Rəhbəri Seyid Əli Xameneyinin ölümü hər şeyi həll etmir:

“Əli Xameneinin ölümü tarixi əhəmiyyətə malikdir. Lakin bu, İranda "avtomatik" rejim dəyişikliyinə gətirib çıxarmayacaq”.

O bildirib ki, hər şeyi İran xalqının birliyi və əzmi həll edəcək. Oğlu isə belə bir dövlət qurmağa hazırlaşır:

"İran xalqının dinc, nizamlı, suveren, qanunun aliliyi ilə idarə olunan bir dövlətə keçid üçün birləşmək qabiliyyəti həlledici olacaq. Rza Pəhləvi buna hazırlaşır”.

Banu