Bakı meriyasının Trest müdiri vəfat etdi - FOTO
Bakı Şəhər İcra Hakimiyyətinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev vəfat edib.
SAVASHMEDİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.Tağıyev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, mərhumun rəhbərlik etdiyi trest Bakı şəhərində olan bütün qəbirstanlıqlara nəzarət edirdi.