Bakıda aktyor və xanımı öldürüldü - DETALLAR
Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.
Belə ki, saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.
85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.
Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.