Bakıda qadın avtobus sürücüləri işə nə vaxt başlayacaq? - AÇIQLAMA

"BakuBus" gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına daim diqqət yetirir".

Oct 6, 2025 - 15:17
Bakıda qadın avtobus sürücüləri işə nə vaxt başlayacaq? - AÇIQLAMA

Bunu “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva deyib. O bildirib ki, qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması təşəbbüsü "BakuBus" MMC üçün prioritet mövzulardan biridir:

"Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb. Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq təlim prosesini uğurla başa vurmaq üzrədir. Onlar qapalı təlim meydançasında praktiki bacarıqları tamamlayaraq "BakuBus" MMC-nin istismarında olan avtobuslarla şəhər turu üzrə praktiki təlimlərini davam etdirirlər.

Növbəti mərhələdə namizədlər nəzəri, praktiki imtahan verəcəklər və uğur qazandıqları təqdirdə, rəsmi olaraq "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlayacaqlar. Qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizlik səviyyəsinin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək".

unikal