Bakının təhvil verdiyi Vaqif Xaçatryanın Yerevandan ilk FOTOSU
Bakının Ermənistana təhvil verdiyi erməni məhbus Vaqif Xaçatryanın yeni görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Vaqif Xaçatryan Azərbaycanı tərk etdikdən sonra Yerevanda “Nork-Maraş” kardioloji mərkəzinə köçürülüb.
Ötən gün isə Vaqif Xaçatryanın qızı Vera xəstəxanadan atası ilə birgə fotosnu paylaşıb.
Xatırladaq ki, Ermənistana təhvil verilən şəxslər Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib. Onların arasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.
Xatırladaq ki, yanvarın 14-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verilib.
Oğuz