Baş redaktorun qardaşı döyülərək öldürüldü 

Bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Səfərov Ziyəddin Mehdi oğlu döyülərək öldürülüb.

Jun 27, 2025 - 23:07
Baş redaktorun qardaşı döyülərək öldürüldü 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib

Bildirilir ki, OMON (xüsusi təyinatlı milis dəstəsi - red) üzvləri azərbaycanlıların evinə basqın edib.

Z.Səfərov öldürülüb, onun qardaşından isə xəbər yoxdur.

Qeyd edək ki, Səfərov Ziyəddin tanınmış ədəbiyatşünas Seyfəddin Hüseynlinin qardaşıdır.

Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir