"Hansı qələbə? Səni alçaldıcı ölümdən mən xilas etdim" - Tramp Xameneidən əl çəkmir

"Əli Xameneinin İranın İsrail üzərində qələbəsi ilə bağlı dedikləri ağ yalandır. Bu necə qələbədir ki, ölkə dağıdılıb, özü isə ölümdən zorla xilas olub?"

Jun 27, 2025 - 22:23
"Hansı qələbə? Səni alçaldıcı ölümdən mən xilas etdim" - Tramp Xameneidən əl çəkmir

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb.

"Onun ölkəsi viran oldu,  nüvə obyektləri məhv edildi. Mən onun harada gizləndiyini dəqiq bilirdim. Buna baxmayaraq, İsrailin onun həyatına son qoymasına icazə vermədim. Mən onu çox dəhşətli və alçaldıcı ölümdən xilas etdim", - Tramp yazıb.

Tramp qeyd edib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması üçün çalışıb, lakin “qəzəb, nifrət və ikrahla dolu bəyanatlar” aldığından, məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş hərəkətləri dayandırıb.

Səlcuq