"Baydenə zəng edib, deyəcəm ki..." - Zelenski
Prezident Vladimir Zelenski Ağ Evin hazırkı rəhbəri Cozef Baydenə zəng etmək niyyətini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
Almaniya kanslerliyinə namizəd Fridriz Mertslə görüşünün yekunları barədə danışarkən Zelenski deyib ki, Baydenlə telefonda Ukraynanın NATO-ya dəvət olunması məsələsini müzakirə edəcək.
“Yeri gəlmişkən, mən yaxın vaxtlarda prezident Baydenə zəng edəcəyəm. Əgər onun mənimlə danışmaq imkanı olarsa, məhz NATO-ya dəvət məsələsini qaldıracağam. Çünki o, hazırda ABŞ-nin prezidentidir. Birləşmiş Ştatlar və onun mövqeyindən çox şey asılıdır”, - deyə Ukrayna prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla danışmaq hələ çətindir, çünki o, hələ bu vəzifəni tutmayıb və bütün bu qanuni hüquqlara malik deyil.
“Prezident Trampla bu gün Ağ Evdə olmadığı üçün ondan asılı olmayan bir şeyi müzakirə etməyin mənası yoxdur”, - deyə Zelenski nəzərə çatdırıb.
Xatirə SADİQ