Bədəndə ağrılar, huşsuzluq, yorğunluq... – D vitamini çatışmazlığı

D vitamini orqanizmin düzgün inkişafında mühüm rol oynayır.Bu vitamin əskikliyi əqli fəaliyyətdən tutmuş immun sisteminə qədər hər şeyə zərbə vurur.

May 29, 2025 - 22:00
Bədəndə ağrılar, huşsuzluq, yorğunluq... – D vitamini çatışmazlığı

D vitamini çatışmazlığı orqanizmdə bir sıra əlamətlərlə özünü göstərə bilər. Bu vitamin, xüsusilə sümük sağlamlığı, immun sistemin güclü olması və əzələ funksiyalarında mühüm rol oynayır. 

SAVASHMEDİA.az D vitamini çatışmazlığının əlamətlərini təqdim edir.

Fiziki əlamətlər

Sümük ağrıları və zəifliyi – xüsusilə bel, ayaq və bud nahiyələrində.
Əzələ zəifliyi və ağrıları – fiziki fəaliyyət zamanı yorğunluq və gücsüzlük hissi.
Tez-tez xəstələnmək – immun sisteminin zəifləməsi səbəbindən.
Yorğunluq və enerji azlığı – gündəlik işləri görməkdə çətinlik.
Depressiya və əhval dəyişikliyi – D vitamini beyində serotonin səviyyəsinə təsir edir.
Sümük əriməsi (osteoporoz) – uzun müddətli çatışmazlıqda.
Yaraların gec sağalması – xüsusilə əməliyyatlardan və ya travmalardan sonra.
Saç tökülməsi – bəzi hallarda intensiv saç tökülməsi ilə bağlı ola bilər.
Əzələ spazmları və qıcolmalar – xüsusilə ağır çatışmazlıqda.

Uşaqlarda d vitamini çatışmazlığının əlamətləri

Raxit (sümük deformasiya xəstəliyi)
Boy artımının ləngiməsi
Gec yerimə və zəif əzələ inkişafı

Psixoloji və nevroloji əlamətlər

Əhval dəyişkənliyi – səbəbsiz əsəb, ağlama,depressiya
Anksiyete (narahatlıq) və panik ataklar
Konsentrasiya çətinliyi (bəzən "beyin dumanı" kimi tanınır)
Yuxusuzluq və ya keyfiyyətsiz yuxu
Altsheymer və demensiyaya bənzər yaddaş pozuntuları,huşsuzluq (xüsusilə yaşlılarda)
Skelet və əzələ sistemində özünü göstərən əlamətlər
Əllərdə və ayaqlarda iynə-batma və ya uyuşma hissi
Ayaqlarda kramplar (xüsusilə gecələr)
Yerişdə qeyri-sabitlik, tez-tez yıxılma (xüsusilə yaşlılarda)
Kürək və boyunda ağrılar

Digər əlamətlər

Tez-tez qrip, soyuqdəymə və infeksiyalar
Autoimmun xəstəliklərin kəskinləşməsi (lupus, romatoid artrit və s.)
Ağız içində yaralar (aftoz stomatit)
Dərinin quruması və qabıqlanması
Psoriaz, ekzema və digər dəri problemləri
Diş əti qanamaları və diş zəifliyi

Banu