"Bu dərmanın doğrudan xeyri var?" - Lukaşenko arıqlamaq istəyir 

ABŞ prezidenti Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Minskdə Aleksandr Lukaşenko ilə görüşü zamanı ona arıqlama dərmanı qəbul etməyi təklif edib.

Dec 24, 2025 - 11:50
"Bu dərmanın doğrudan xeyri var?" - Lukaşenko arıqlamaq istəyir 

SAVASHMEDİA.az xəbər verir ki, "The Wall Street Journal" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə görüşlərin birində şam yeməyi zamanı baş verib.

Lukaşenko qeyd edib ki, Koul aprel ayında keçirilən əvvəlki görüşlərindən bəri xeyli arıqlayıb. Buna cavab olaraq amerikalı diplomat yumorla arıqlama dərmanı olan "Zepbound" qəbul etdiyini izah edib.

WSJ-nin məlumatına görə, dərmanla bağlı söhbət sanksiyaların mümkün yumşaldılması da daxil olmaqla daha ciddi məsələlərin müzakirəsi fonunda baş tutub. Söhbət zamanı Lukaşenko dərmanın həqiqətən təsirli olub-olmadığını soruşub və Koul müsbət cavab verib. Mənbənin sözlərinə görə, o, həmçinin Belarus prezidentinə dərman istehsalçısı "Eli Lilly"in reklam broşürünü də təqdim edib.

Nəşr qeyd edir ki, arıqlama dərmanları mövzusu siyasətçilər arasında əvvəllər də müzakirə olunub. Kolun yazda Belarusa səfəri zamanı Lukaşenko artıq bu cür məhsullara maraq göstərib. WSJ mənbəsi iddia edir ki, Amerika nümayəndəsi daha sonra arıqlama və həyat tərzinə diqqət yetirməyi tövsiyə edib.

Aytən