Ayaq qoxusu: Səbəb ayaqqabıdır, corab, yoxsa... - Qarşısını belə alın
Yay fəslinin yaxınlaşması ilə ayaq qoxusu problemi də aktuallaşır. Hətta elə şəxslər var ki, qış aylarında belə ayaqlarından kəskin qoxu gəlir.
Maraqlıdır, bunun səbəbləri nədir və qarşısı necə alına bilər?
SAVASHMEDİA.az mövzu ilə bağlı yazını təqdim edir. Beləliklə...
Ayaq qoxusunun əsas səbəbləri:
Tərləmə - Ayaqların tər və nəmli mühitdə qalması bakteriyaların çoxalmasına səbəb olur.
Bakteriyalar və göbələklər - Ayaq dərisində və barmaqlar arasında bakteriyalar parçalanma prosesində pis qoxulu maddələr ifraz edir.
Sintetik corab və ayaqqabılar - Hava keçirməyən materiallar ayağın "nəfəs almasına" mane olur və tər orada qalır.
Gigiyenik səbəblər - Ayaqların hər gün yaxşı yuyulmaması və qurudulmaması mikroorqanizmlərin artmasına şərait yaradır.
Eyni ayaqqabıdan uzun müddət istifadə etmək - Eyni ayaqqabının hər gün geyilməsi onların qurumasına imkan vermir.
Ayaq qoxusunun qarşısının alınması yolları:
1. Hər gün ayaqları yuyun və qurudun (İlıq su və sabunla yaxşıca yuyun)
Barmaq aralarını xüsusilə qurudun.
2. Corabları hər gün dəyişin
Təbii materialdan (pambıq, bambuk) hazırlanmış corablar geyin.
Tərlədikcə corab dəyişin.
3. Ayaqqabılarınızı havalandırın və dəyişin
Hər gün eyni ayaqqabını geyməyin. Ayaqqabının içini quruması üçün açıq havada saxlayın.
4. Antibakterial ayaq tozları və spreylər
Apteklərdə satılan antifungal və antibakterial tozlar istifadə edin (məsələn, talk pudrası, ayaq spreyi).
5. Ayaqları sirkəli və ya duzlu suda saxlamaq
Bunu həftədə 2-3 dəfə edin:
1 litr ilıq suya ½ stəkan alma sirkəsi və ya 2 xörək qaşığı dəniz duzu əlavə edib 15-20 dəqiqə saxlayın.
6. Ayaqqabının içliklərini dəyişin və dezinfeksiya edin
Xüsusilə idman ayaqqabılarında.
7. Göbələk varsa, onu müalicə edin
Dəridə qaşıntı, qabıqlanma və çat varsa, göbələk əleyhinə krem və ya məlhəmlərdən istifadə edin.
Səlcuq