Dəmrovun müalicəsi üçün – Təbii üsullar
Dəmrov xəstəliyi dəridə, dırnaqlarda və saç dərisində göbələk infeksiyasının yaratdığı bir dəri xəstəliyidir.
Dəmrov xəstəliyinə müxtəlif dermatofit göbələklər səbəb olur və infeksiya bədənin istənilən nahiyəsində yarana bilər.
SAVASHMEDİA.az bəzi dəmrov növlərində (dəmrovun növləri barədə ötən yazımızda məlumat vermişdik) təsirli olan təbii müalicə üsullarını təqdim edir:
Çay ağacı yağı
Antifungal və antibakterial xüsusiyyətlərə malikdir.Gündə 2-3 dəfə su ilə qarışdırılıb (məsələn, 1 damcı yağa 1 çay qaşığı su) dəriyə çəkilə bilər.
Sarımsaq
Güclü təbii antifungaldır. Bir neçə diş sarımsağı əzib, pastaya çevirərək dəmrov olan nahiyəyə sürtüb 20-30 dəqiqə saxlayıb yumaq olar. Dərinin həssas olma ehtimalını nəzərə alaraq ehtiyatla istifadə olunmalıdır.
Kokos yağı
Laurik turşusu tərkibli olduğu üçün göbələklərə qarşı təsirlidir. Gündə bir neçə dəfə birbaşa dəriyə sürtülə bilər.
Alma sirkəsi
Antifungal xüsusiyyətlidir və dəridəki pH balansını bərpa edir.Suyu ilə qarışdırılıb (1 çay qaşığına alma sirkəsinə 1 çay qaşığı su) pambıq vasitəsilə gündə 2-3 dəfə dəriyə tətbiq olunur.
Sarıkök
Antibakterial və iltihab əleyhinə təsiri var.Bir az su və ya kokos yağı ilə qarışdıraraq məlhəm halına salıb istifadə etmək olar.
Aloe Vera (Aloe gel)
Antifungal və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.Dərini soyudur, qaşınmanı azaldır və sağalma prosesini sürətləndirir. Gündə 2-3 dəfə saf aloe vera geli birbaşa dəriyə çəkilə bilər.
Salisil spirit + klotrimazol mazı
Bəzi dəmrov (xüsusən çəhrayı) növlərində istifadə olunur. Ən təsirli üsullardan biridir. Əvvəlcə təmiz olan dəridə dəmrov olan hissəni salisil spirtil ilə pambıq və ya bint vasitəsilə silin. Sonra klotrimazol mazı çəkin. Gün ərzində iki dəfə təkrarlamaq məqsədəuyğundur. 3-4 gün təkrar edin. Əvvəlcə ləkələrin solduğunu sonar isə yoxa çıxdığını görəcəksiniz.
Qeyd: Əgər təbii üsullarla 1-2 həftəyə yaxşılaşma müşahidə olunmazsa, mütləq dermatoloqa müraciət edin!
Banu